Azərbaycana daha 1 200 000 doza “CoronaVac” vaksini gətirilib

Yanvar ayında Azərbaycana 1 200 000 doza “CoronaVac” vaksini gətirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edək ki, adıçəkilən vaksinlər ölkəyə təsdiq olunan müqaviləyə əsasən gətirilib.
Xatırladaq ki, bu il üçün təsdiq olunmuş müqaviləyə əsasən 3 280 000 doza vaksinlərin gətirilməsi nəzərdə tutulub. Onlardan 3 200 000 doza CoronaVac, 80 000 doza isə Sputnik V vaksini olması planlaşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}