Arxeoloqlar Misirdə içərisində mumiyalar olan unikal qurbangah aşkar ediblər


 

Misirin Asuan şəhərində arxeoloqlar yanmış binada gizli qalan qədim ailə məzarının girişini aşkar ediblər.


Mütəxəssislər içəridə müxtəlif yaşlarda olan 30 mumiya, o cümlədən artritli bir neçə qoca, həmçinin uşaqlar və yeni doğulmuş uşaq tapıblar.


Tədqiqatçılar türbənin tarixini hələ müəyyənləşdirməsələr də, bir ailənin əsrlərlə orada ölülərini dəfn etdiyini düşünürlər.

Milan Universitetinin professoru, Misirşünas və qazıntıların rəhbəri Patrisiya Piasentininin sözlərinə görə, dəfnlər böyük ehtimalla Ptolemey və Roma dövründə - eramızdan əvvəl I əsrdən eramızın II və ya III əsrlərinə qədər aparılıb.


Aşkar edilən nekropol Nil çayı boyunca kiçik bir təpənin üstündə yerləşən Ağa Xanın məqbərəsi ərazisində arxeoloqlar tərəfindən tapılan 300 məzardan biridir. Ancaq bu nekropol, ehtimal ki, qurbanlar üçün istifadə edilməsinə görə unikaldır.

“Vadidə yerləşdiyinə görə görünür bu bina Asuanda xüsusilə ehtiramla qarşılanan məhsuldarlıq tanrısı Xnum üçün qurbanlar kəsilən müqəddəs yer kimi istifadə olunub. Ondan yaxşı kim bu nekropolda yatanlara əbədi həyat verə bilərdi?”, - deyə Piacentini qeyd edib.


Patricia Piacentini və komandası binanın divarlarında yanğın izləri tapıblar. Yanğın ritualı yerinə yetirənlər və ya qəbir soyğunçuları tərəfindən törədilə bilərdi. Lakin arxeoloqlar burada ritualların keçirildiyinə dair əlavə sübutlar tapıblar. İçərisində heyvan sümükləri, bitki, meyvə qalıqları, vaza parçaları, boyunbağı və digər əşyalar aşkar edilib.

Qazıntı rəhbəri qeyd edib ki, yaşını müəyyən etmək və digər təfərrüatları öyrənmək üçün tapıntıları hələ təhlil etməlidirlər.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}