Azərbaycanda iki illik fasilədən sonra “Bahar Qalası” festivalının keçirilməsi planlaşdırılır.
Azərbaycanda iki illik fasilədən sonra “Bahar Qalası” festivalının keçirilməsi planlaşdırılır.
Şəffaflıq.az-ın məlumatına görə, tədbir İçərişəhərdə baş tutacaq və martın 19-dan 27-dək davam edəcək.
Festival çərçivəsində Azərbaycanın milli adət-ənənələri və mətbəxi nümunələri turistlərə nümayiş olunacaq.
Qeyd edək ki, “Bahar Qalası” festivalı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində keçirilir. Koronavirus pandemiyası səbəbindən son iki ildir festival keçirilmirdi.
Xəbəri paylaş
Facebook-da paylaş