Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi krallığın şimalındakı Turaif bölgəsində havanın temperaturunun mənfi 6 dərəcəyə enməsini qeydə alıb.
Bu, ölkədə son 30 ilin ən aşağı temperaturudur.
Məlumata görə, mənfi hava hərarəti əl-Qurayyat (-5 dərəcə) və Arar (-4 dərəcə) əyalətlərinin şimal bölgələrində də müşahidə olunub.
Meteoroloqların məlumatına görə, krallığın şimalında anomal soyuqlar dalğası bu həftənin sonuna kimi davam edəcək. Mərkəzi və şərq rayonlarda isə kəskin soyuma gözlənilir.
Hazırda Mədinə (9 dərəcə), Məkkə (11 dərəcə) və Ər-Riyadda (16 dərəcə) da normadan aşağı temperaturlar hökm sürür.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş