Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib

 Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə DSX rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Xidmətin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı İlham Əli­yevin tapşırığına uyğun olaraq azad edilən ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildiriblər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il ərzində işğaldan azad edilən ərazilərdə DSX-nin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələ­lərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğu­lan­ıb.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğur­la icra edərək qəhrəmanlıq sal­namələri yazmış sərhədçilərin bu gün də düşmən tapda­ğından azad olunmuş müqəd­dəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.
Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş­ləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.
İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müha­ribəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­miş medalları təqdim olunmuşdur.
Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xati­rə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salın­­mışlar.

Şəffaflıq.az шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}