ABŞ-da sürücüsüz traktor təqdim edilib

 

Dünyada kənd təsərrüfatı avadanlığının ən böyük istehsalçısı olan ABŞ-ın “Deere Co.” şirkəti tam əlahiddə idarə olunan traktoru təqdim edib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqas şəhərində keçirilən "CES 2022" adlı beynəlxalq sərgi əsnasında təqdim edilən yeni traktor 8R seriyasına əsasən yaradılıb. Sürücüsüz traktorları cari ildə bazara çıxarmaq nəzərdə tutulur.

İndiyədək ayrı-ayrı kənd bitkilərinin becərilməsində sürücüsüz daha kiçik traktorlar istifadə olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}