Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, bu günə qədər isə ümumilikdə 5 899 183 test icra olunub.
Xəbəri paylaş
Facebook-da paylaş