2022-ci ilə qədər dünya əhalisinin sayının 8 milyarda yaxınlaşacağı açıqlanıb


 

Dünya əhalisinin sayı 2022-ci ilə qədər 7,8 milyarda çatacaq.

Şəffaflıq.az bildirir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.

Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artaraq əhalinin sayını 74 milyon nəfər artırıb.

Bununla yanaşı o da qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsinin gözlənilir.

Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə onu 1 milyard 380 milyon 4 min nəfərlə izləyən Hindistan gəlir. Bununla belə, yayılan məlumatda Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olaraq birinci yerə yüksələcəyi bildirilir.

Hazırda ABŞ dünya əhalisinə görə üçüncü yerdədir. TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}