Valeh Kərimov: “Qaçaq Nəbi”ni yeni formada, onu ermənilərə qarşı mübarizə aparan qəhrəman kimi çəkmək mümkündür.
Şəffaflıq.az bildirir ki,bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib. Onun sözlərinə görə, bu cür filmlərin müasir günümüzün tələblərinə uyğun şəkildə yenidən çəkilməsi hərtərəfli faydalı ola bilər:
“Düşünürəm ki, sovet dönəmində çəkilən filmlərdən “Qaçaq Nəbi” filminin yenidən çəkilməsi faydalı oalr. O vaxt sovet hökuməti bəzi məsələlərə müdaxilə edirdi, müəyyən nüansları ermənilərə sataşmaq kimi qiymətləndirirdi. Indi bu filmləri yenidən çəkmək, erməni vəhşiliyini bu filmlər vasitəsi ilə ifşa etməyə fürsət var. Bu gün “Qaçaq Nəbi”ni yeni formada, onu ermənilərə qarşı mübarizə aparan qəhrəman kimi çəkmək mümkündür.
Necə olur ki, Sezar haqqında yüz film çəkilir, amma bizim qəhrəmanlarımız haqqında bunu çəkmək olmur? Sadəcə, bunu etmək üçün istək və fantaziya olmalıdır. Bu olarsa, həmin filmləri yenidən, yeni versiyalarda çəkmək oalr”
Facebook-da paylaş