Məzahir Pənahov: "Seçki komissiyalarının formalaşdırılması yekunlaşmaq üzrədir"

"Məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir".
"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}