Azərbaycanda daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 590 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib. 25 513 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 565, bu günə qədər isə ümumilikdə 5 551 849 test icra olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}