Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib
Bir çoxları isə bu cür nisbətdən istifadə edərək videoya baxıb-baxmamaq qərarını verirlər. Bundan sonra bu faktor aktual olmayacaq. Videoservis bildirib ki, bundan sonra dislike sayı öz ilkin məqsədinə xidmət göstərəcək. Belə ki, kontent yaradıcıları dislike sayını izləyərək öz abunəçilərinin üstünlük verdikləri istiqamətlərə diqqət ayıra biləcəklər. Adi istifadəçilərə gəldikdə isə, dislike düyməsi onlar üçün video məsləhəti üzrə alqoritmlərin ayarlanmasında yardımçı olacaq. Qeyd etmək lazımdır ki, digər sosial şəbəkələr də paylaşımların reytinqlərini gizlətmək imkanını verirlər. Məsələn Facebook ilə Instagram kontentlərin like sayını gizlətmək imkanını təqdim edir. Bu isə öz növbəsində istifadəçilərin sosial təzyiqdən yayınmalarına şərait yaradır.
Şəffaflıq.az
Facebook-da paylaş