Azərbaycanda rektor və məktəb direktorlarının sayı açıqlanıb

Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.
Şəffaflıq.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov ölkədə 93 hakimin qadın olduğunu bildirib.
O qeyd edib ki, yerli icra hakimiyyəti, başçının müavinlərindən 72-si qadındır: "Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi -Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır".
"2020-2021-ci tədris ilinin əvvəli üçün Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır"- E.Səfərov əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}