Nevropatoloq koronavirusla bağlı şayiə yayanlara çağırış edib

"Koronavirusla əlaqəli insanların sosial şəbəkələrdə yazılan şərhlərinə aldanmamalı, mövzu ilə bağlı ekspertlərin açıqlamalarını nəzərə almalıyıq. Əks halda sosial mediada yayılan saxta xəbərlərə görə narahatlığın səviyyəsi artacaq".
Şəffaflıq.az xəbər verir ki, bunu 20 nömrəli Uşaq poliklinikasının həkim-nevropatoloqu Humay Sədrəddinova deyib.
O bildirib ki, eyni şəkildə xəstəlik haqqında mənfi söhbətlər narahatlıqlara səbəb ola bilər: "Əgər düşdüyünüz vəziyyətin psixoloji təsirlərini aşa bilməyəcəyinizi düşünürsünüzsə, psixoloji dəstək almağa laqeyd yanaşmayın. Koronavirus son zamanlar dünya gündəmində böyük yer tutan virus növüdür. Koronavirusun fizioloji problemlər yaratdığı deyilsə də, günü-gündən artması ilə insanlarda psixoloji reaksiyalar yaranır. Bu virus səbəbiylə ağıla ən çox gələnlər - “Koronavirusa yoluxacammı?”, “Yoluxmamaq üçün nə etməliyəm?”, “Yoluxsam sağala bilərəmmi? "Koronavirusa qarşı nə etməliyik?" fikirləridir. Öncəliklə panika ilə hərəkət etməməliyik, əksinə, sakit və şüurlu şəkildə xəstəliyə qarşı tədbir görməliyik".
Həkim-nevropatoloq qeyd edib ki, gündəlik gigiyenaya diqqət edilməli, gün ərzində əllər tez-tez yuyulmalıdır: "İnsanların sıx olduğu mühitlərdə yaxın təmasdan qaçmalı və epidemiya riski yox olana qədər salamlaşarkən əl sıxmamağa diqqət etməliyik. Əgər uşağınız varsa, məsələ ilə bağlı maarifləndirmə işi apararaq xəstəliyə qarşı tədbir görməlisiniz".
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}