Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb
Bu barədə Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.
Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır.
“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”, - bəyanatda deyilir.
Facebook-da paylaş