“Azərbaycan” mahnısının yeni ifada və fərqli təqdimatda klipi çəkilib

 Azərbaycan Televiziyasının (AzTV) yeni “Oxuyan Vətən” layihəsi çərçivəsində sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi Xalq artisti Müslüm Maqomayevə aid olan “Azərbaycan” mahnısının yeni ifada və fərqli təqdimatda klipi çəkilib.
Bu barədə "Report"a Heydər Əliyev Sarayından məlumat verilib.
Bildirilib ki, layihədə sözügedən musiqiyə məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov fərqli təqdimatı ilə yeni nəfəs verib.
Çəkilişlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində Cıdır düzündə aparılıb.
Zəfər Gününə həsr olunan klip noyabrın 8-də AZTV-də yayımlanacaq.
Klipin quruluşçu rejissoru Elnur Qədirovdur.


Şəffaflıq.az


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}