Pediatr: "Anaların doğumdan əvvəl maariflənməsi körpə ölümlərini azaldır"
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, vaxtından əvvəl doğulmuş körpələri tez-tez yoxlamaq lazımdır: “Körpənin istiliyi də diqqətdə saxlanılmalıdır. İnfeksiyalara yoluxmaması üçün əl təmizliyinə riayət edilməlidir. Ana xəstə olsa belə körpəyə ana südü verə bilər. Həmçinin həmin körpələri səsli yerlərdən uzaq qoymaq lazımdır. Çünki onlarda beyindaxili qanamalar ola bilər”.
Facebook-da paylaş