ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək, hazırkı rəhbər vahid namizəddir

 Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər qurumun hazırkı baş direktoru Adan Qebreyesusun namizədliyini ikinci 5 il müddətinə yenidən irəli sürüblər.
Şəffaflıq.az xəbər verir ki, məlumatı oktyabrın 29-da ÜST Katibliyi yayıb.
Bildirilib ki, təşkilata üzv 28 dövlət müəyyən edilmiş müddətdə namizədlə bağlı təkliflərini göndəriblər.
Məlumata görə, baş direktorun növbəti səlahiyyət müddəti 2022-ci ilin mayında ÜST-ün 75-ci Assambleyasında təsdiqlənəcək.
Həmin il avqustun 16-dan isə yeni baş direktor səlahiyyətlərinin icrasına başlayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}