Azərbaycanın yol təsərrüfatına bu il dəymiş maddi ziyanın məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında qəzalar səbəbindən Azərbaycanın yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği açıqlanıb.
"APA-Economics"in Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən verdiyi məlumata görə, hesabat dövründə yol təsərrüfatına 572,2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405,7 min manatı və ya 70,9%- ödənilib.
"Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin, üç yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə,
56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub", - AAYDA-nən məlumatında deyilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}