Azərbaycan-Misir Hökumətlərarası Komissiyanın növbəti iclasının vaxtı açıqlanıb

 Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclası gələn ilin fevral ayında Bakıda keçirilməsi nəzərdə tutulur.
Bunu müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.
O, bununla yanaşı, Bakıda həmin vaxt ikitərəfli biznes forumun keçiriləcəyini də diqqətə çatdırıb.
Diplomat hazırda Misir xarici işlər nazirinin Azərbaycana səfərinin tarixinə dair müzakirələr getdiyini deyib: "İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Prezidentlər və nazirlər səviyyəsində münasibətlərimiz mükəmməldir”.


Şəffaflıqıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}