Hindistanda peyvənd olunmayan dövlət qulluqçuları işdən uzaqlaşdırılacaq

 Hindistanda Yeni Dehli rəhbərliyi oktyabrın 16-na qədər peyvənd olunmayan dövlət qulluqçularının işləməsinə icazə verməyəcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə "India Today" qəzeti məlumat yayıb.
"Tibb işçiləri, müəllimlər, eləcə də məktəb, kollec və universitetlərin digər işçiləri də daxil olmaqla, milli paytaxt dairəsi idarəsində çalışanlar 15 oktyabr tarixinə qədər peyvənd olunmalıdır", - məlumatda deyilir.
Peyvənd edilməyən işçilər ilk dozanı qəbul edənə qədər məzuniyyətdə hesab olunacaqlar.
Bu həftənin əvvəlində Hindistan hökuməti yetkin əhalinin 70%-nin peyvənd edildiyini açıqlayıb."Report" 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}