Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.
Bu barədə "Report"a onun qohumu Razim Qarayev məlumat verib.
Qeyd edək ki, S. Əlizadə bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsini davam etdirmək üçün Mərkəzi Gömrük Hospitalına köçürülüb və EKMO cihazına qoşulub.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.
Allah rəhmət eləsin!
Facebook-da paylaş