Kolumbiyanın şimalında partlayış törədilib.
Kolumbiyanın şimalında partlayış törədilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ölkənin milli polisinin rəhbəri, general Xose Luis Varqas Valensiya özünün tvitterdəki səhifəsində bildirib ki, hadisə Kukuta-El-Eskobal magistral yolunda qeydə alınıb. Polis patrulunun hərəkət etdiyi yolda törədilən partlayış nəticəsində 1 qadın həlak olub, daha 4 nəfər yaralanıb. Qeyd edilir ki, yaralananlar arasında yol polisinin 2 əməkdaşı da var. Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidəni həyata keçirirmiş.
Polis rəhbəri hadisəni pisləyib. Partlayışda əli olanların axtarışına başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş