Tokio-2020: Braziliyalı idmançı qeyri-adi üsulla çempion olub
Braziliyalı qadın kanoeçi Cessika Foks Tokio-2020 Yay Olimpiya Oyunlarında qeyri-adi üsulla qızıl medal qazanıb.
Şəffaflıq.az "Buzzfeed" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı idmançı üzərindəki prezervativin hesabına olimpiya çempionu olub.
Foks yarışın gedişində qayığın zədələnmiş hissəsini məhz qoruyucu vasitə ilə bağlayaraq, yekunda 105,04 saniyəlik nəticə ilə birinci yeri tutub.
Qeyd edək ki, Tokio-2020-nin iştirakçılarına prezervativ paylanılsa da, koronavirusa yoluxma təhlükəsinə görə ondan istifadə etməmək tövsiyə olunub."Report"
Xəbəri paylaş
Facebook-da paylaş