Qarabağda Ermənistan hərbçisi ölüb
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb. Şəffaflıq.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş