Avropa Şurasının prezidenti Azərbaycana gələcək
Şəffaflıq.az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da Yerevana, 18-də Bakıya səfər edərək ölkənin rəhbərləri ilə görüşlər keçirəcək. Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq. İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq. Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş