Qonşu dövlətin alimləri Veneraya helikopter göndərmək istəyir

 Rusiyalı alimlər tədqiqat missiyası üçün Veneraya pilotsuz helikopter göndərməyi təklif edirlər.
Şəffaflıq.az ted.az-a istinadən bildirir ki, bu barədə Moskva Aviasiya İnstitutu işçilərinə istinadla bildirib.
Məlumata görə, titandan hazırlanacaq aparat sfera şəklində olacaq və diametri 70 santimetrə çatacaq. Helikopterin xarici ekran vakuumlu istilik izolyasiyası ilə örtüləcək.
Bundan əlavə, helikopter bir metr diametrli iki pər, paraşüt əyləc sistemi, dörd dayaq ayağı və torpaq yığmaq üçün qazma qurğusu ilə təchiz ediləcək. Elmi avadanlıq titan oksid əlavə edilərək 10 santimetrlik aerogel təbəqəsi ilə qorunacaq.
Pilotsuz helikopterin köməyi ilə alimlər Veneranın səthini və planetin vulkanlarının kalderalarını öyrənmək istəyirlər.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}