Milli İncəsənət Muzeyi iş rejimini bərpa edib
Muzeydən verilən məlumata görə, bazar ertəsi istisna olmaqla, həftənin hər günü insanlar məkanı ziyarət edə bilərlər.
Həftə sonları balaca ziyarətçilər üçün ustad dərsləri də bərpa edilib. “Bədii lövhələr” və “Milli motivlər” adlı iki fərqli proqram hazırlanıb. İlk dəfə “Bədii lövhələr”adlı ustad dərsində kiçik qonaqlar Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəklənən nar” tablosu ilə yaxından tanış olacaq və əsərin “step by step” imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Habelə övladlarınız “Milli motivlər” adlanan ustad dərsimizdə iştirak edərək maddi mədəni irsimizə yaxından bələd olacaqlar.
Şəffaflıq.az
Facebook-da paylaş