Azərbaycan-Ermənistan sərhəddində Rusiya helikopterinin vurulması ilə bağlı rəsmi açıqlama

 "Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı sübutları toplayıb və ekspertiza aparıb".
Şəffaflıq.az"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib. O bildirib ki, hazırda istintaq davam edir:
"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".
Səlimzadə qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək".
Bizi Facebookda izləyin

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}