Koronavirusla bağlı SON STATİSTİKA

 


Dünyada 182 200 626 nəfərdə koronavirus aşkarlanıb.

Şəffaflıq.az bildirir ki, bu barədə Beynəlxalq Statistikada qeyd olunur.

Virusdan 3 945 660 xəstə ölüb, 166 762 320 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 511 636 nəfər), Hindistan (30 316 897 nəfər), Braziliya (18 448 402 nəfər), Fransa (5 770 530 nəfər) və Rusiyadır (5 472 941 nəfər).

Türkiyədə 5 414 310, İranda 3 180 092, Gürcüstanda 363 874, Ermənistanda isə 224 851 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (133 893 nəfər), İran (83 985 nəfər) və Türkiyədə (49 634 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 335 874 nəfərin 4 970-ı ölüb, 330 123 xəstə sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}