AB Komissiyasının sədri: “Rusiya ilə güc dili ilə danışmaq lazımdır”
Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa Birliyinin Rusiya ilə münasibətlərin daha da pisləşməsinə hazırlaşmalı olduğunu deyib.
Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Ruisya və AB araında münasibətlər mənfi spiralda dönür. Bizim daha da böyük problemlərə hazır olmamız lazımdır. Biz güc mövqeyindən çıxış etməliyik. Çünki əgər iqtisadi münasibətlərə baxsaq görərik ki, Rusiyanın AB-yə ixracatı cəmi 5%, Birliyin RF-yə ixracı isə 37% təşkil edir”,-deyə xanım fon der Layen bildirib.
Qeyd etmək lazımdır ki, bundan öncə Avropa Birliyinə daxil olan ölkələrin liderləri Xarici siyasət idarəsinin rəhbəri Josep Borrelə Rusiyaya qarşı anti-Rusiya sanksiyalarının tətbiq ilə bağlı tədbirlər planı hazırlamağı tapşırıb.
Bununla bərabər, Qərb blokunu liderləri rəsmi Moskva ilə qarşılıqlı maraqlar kəsb edilən yerdə dialoqun mümkünlüyündən danışıb.
Fransa xarici işlər naziri Jan-İv Lö Drian Qərb ölkələrini “Rusiya ilə danışmağa” çağırmışdı. Diplomatın fikrincə, Moskvanın “avtoritar rejimə” doğru yuvarlanması heç kimə sirr olmayıb. Lakin Rusiya Avropa Birliyi ilə qonşudur, buna görə dialoq qaçılmaz görünür.
Facebook-da paylaş