Tac Mahal mavzoleyi turistlər üçün açılıb
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, abidəni görmək istəyənlər üçün məhdudiyyətlər tətbiq edilib.
Belə ki, kompleksin ərazisinə eyni zamanda yalnız 650 nəfərin daxil olmasına icazə verilir.
“Bütün ziyarətçilər maska taxmalıdır. Onlara nəzarət etmək üçün xüsusi komandalar təşkil edilib”, - Hindistan Arxeoloji İdarəsinin Aqra şəhəri üzrə rəhbəri Vasant Kumar Savarnkar jurnalistlərə bildirib.
Onun sözlərinə görə, biletləri yalnız onlayn və ya smartfon vasitəsilə əldə etmək mümkün olacaq, kassalarda bilet satışı həyata keçirilməyəcək. Bir ünvandan və ya telefondan ən çox 5 bilet almağa icazə verilir. Ziyarətçilərə Tac Mahalın mərmər divarlarına toxunmağa icazə verilməyəcək. Onlar yalnız dezinfeksiyaedici məhlul vurulmuş xüsusi cığırlar vasitəsilə hərəkət edə biləcəklər.
Facebook-da paylaş