Putin: “Peyvəndin ikinci dozasından sonra temperaturum yüksəldi”
Rusiya Prezidenti Vladimir Putin COVID-19-a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra temperaturunun yüksəldiyini açıqlayıb.
Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” yazıb.
“İkinci iynədən 12 saat keçdikdən sonra temperaturum bir qədər (37,2) yüksəldi. Ancaq bu gecə oldu. Səhər oyananda artıq heç nə yox idi”, - deyə V.Putin bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş