Əllərin əsməsi nəyə işarə edir?
Yuxarı ətrafların tremoru ilə yanaşı pasiyentlərdə səsin, başın, bəzən isə bədənin digər hissələrinin də əsməsi müşahidə olunur. Həyəcan, fiziki və əqli gərginlik tremoru gücləndirir. Zamanla əsmənin intensivliyi azala, amplitudu isə arta bilər. Bəzi xəstələrdə yüngül dərəcəkli nevroloji əlamətlər: koqnitiv pozğunluqlar, "dişcikli təkər" sindromu qeydə alınır.
Əllərin tremorunda müalicə taktikası onun səbəbindən asılı olur. Güclü fizioloji əsmə provokasiyaedici faktorun aradan qaldırılması ilə itir. Patoloji variantlarda isə aktiv terapiya tələb olunur. Medikamentoz korreksiya simptomatik və yaxud patogenetik xarakter daşıyır.Milli.Az
Facebook-da paylaş