Ermənistana heç bir silah satmaq olmaz - İqor Korotçenko

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə endirilən raket zərbələri barədə qərarlar sırf rəsmi Yerevan tərəfindən qəbul olunub.
Bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O vurğulayıb ki, raket zərbələri ilə bağlı məsuliyyət tamamilə Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşür.
Ekspert qeyd edib ki, şəhərlərə raket zərbələrinə heç bir şəkildə haqq qazandırmaq olmaz, çünki bu, hərbi cinayətdir.
Onun sözlərinə görə, Ermənistan hücum silahlarının istifadəsi zamanı məsuliyyətsiz davrandığı üçün bu cür silahların Ermənistana tədarükünə embarqo qoyulmalıdır: "Ermənistan onları hərbi tapşırıqlar üçün deyil, dinc əhalini məhv etmək üçün istifadə edib. Fikrimcə, Ermənistan silahlı qüvvələrinə hücum silahlarının tədarükü gələcəkdə qadağan olunmalıdır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}