Çində ailələrə 3 uşaq sahibi olmağa icazə verildi
Çində sərt qanunlar yumşaldılaraq hər ailəyə birdən birə 3 uşağa sahib olmaq icazəsi verilib. Qeyd edək ki son 50 ildə Çin əhalinin sürətlə artımının qarşısını almaq üçün hər ailəyə yalnız bir övlad dünyaya gətirmək icazəsi vermişdi.
Bu xəbər Çinin bütün demoqrafik mənzərəsini dəyişəcək. Ölkə rəhbərliyi bildirib ki, uşaqların sayının az olması ölkədə işləyən əhalinin böyük əksəriyyətinin pensiyaçılar olmasına gətirib çıxarıb. 2016-cı ildə Çində hər ailəyə ikinci övlada sahiblənmək icazəsi verilsə də, bu iqtisdi gücün artırılması üçün yetərsiz olmuşdu. Çin qarşısına qoyduğu böyük hədəflərə çatmaq, gələcəkdə işçi qüvvəsindən əziyyət çəkməmək üçün ailələrə 3 uşaq icazəsini təsdiqləyib.
Şəffaflıq.az
Facebook-da paylaş