Milyonlarla təkərin olduğu yer hər kəsi heyrətləndirdi
Rusiyada milyonlarla avtomobil təkərinin olduğu qanunsuz zibilxana aşkarlanıb.
Şəffaflıq.az “RİA Novosti”-yə istinadən məlumat verir ki, bu barədə kadrları eko-aktivist Aleksey Dubrovski özünün “Instagram” hesabında paylaşıb.
O, təkərlərin bir hissəsinin yaxınlıqdakı su hövzəsinə düşdüyünü bildirib.
Zibilliyin özü Nijnevartovskdan 150 metr məsafədə yerləşir.
Yuqra rəhbərliyi artıq kadrlara reaksiya verib. Hökumət nümayəndələri avtomobil təkərlərinin istilik yağı və metal halına gətirilməsi barədə qərara gəliblər. Ancaq bunun üçün 5 il vaxt lazımdır.
Xəbəri paylaş
Facebook-da paylaş