DSX: "Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb"

 

Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}