Kazan qatili törətdiyi cinayətin səbəblərini açıqlayıb

 

Kazan məktəbinə silahlı hücum təşkil edən İlnaz Qələviyev ilkin ifadəsində törətdiyi cinayətin səbəblərini açıqlayıb.

Şəffaflıq.az Lenta.ru-ya istinadən bildirir ki, o, Allah olduğunu bəyan edib.

“Mən kütləvi qatil olmağı planlaşdırmışdım. Bu qərara arpelin 1-də evdə olarkən gəlmişdim. O zaman anladım ki, mən Allaham, mən hər şeyə qadirəm, nə istəsəm, kiminlə istəsəm edə bilərəm. Mən başa düşdüm ki, kainatdakı bütün varlıqlardan qurtulmaq üçün insan cildində bu dünyaya gəlmişəm”, - deyə Qələviyev bildirib.

Qatil əlavə edib ki, bütün insanlara onun qulları olduqlarını göstərmək üçün kütləvi qətl törədib. Qələviyevin sözlərinə görə, onun qullarından hər biri əvvəlcə 10-dan çox adam öldürməli, sonra isə özlərinə qəsd etməlidir.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}