Azərbaycanda bu gün 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər COVID-19-dan sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 328 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 13 662 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 155, bu günə qədər isə ümumilikdə 3 353 167 test icra olunub.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş