Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.


Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib, aktiv xəstə sayı 19044 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə ümumilikdə 3 300 581 test aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}