Dubayda hərracda satılan avtomobil nömrəsinin qiyməti dünya rekordunu qırıb


 

Şənbə günü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xeyriyyə hərracında satılan avtomobil nömrəsinin qiyməti dünya rekordunu qırıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, iki hərfdən və bir rəqəmdən ibarət olan avtomobil qeydiyyat nişanı onlayn baş tutub.

Qeydiyyat nömrə nişanı 38 milyon dirhəmə (10 milyon dollardan çox) satılıb.

AA9 nömrəsini alan alıcının adı hələ açıqlanmayıb. Həmin gün U31, T38 və E51 avtomobil qeyd nömrələri də hərraca çıxarılıb. Ümumilikdə, hərrac 48,5 milyon dirhəm (13,2 milyon dollar) qazanıb.

Hərraca qatılanlar arasında Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum da olub.

Qeyd edək ki, hərracdan əldə olunan gəlir kasıblara ərzaq paylamaq kampaniyasına yönəldiləcəkdir.

Xatırladaq ki, qeydiyyat nömrə satışı ilə bağlı bunda əvvəlki rekord da Dubayda yenilənmişdi - D5 qeydiyyat nişanı 2016-cı ildə 33 milyon dirhəmə (təxminən, 9 milyon dollara) satılmışdı.

шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}