Hindistanda yeni rekord: Koronavirusa sutkalıq yoluxma 400 minə yaxınlaşır

 

Hindistanda koronavirusa sutkalıq yoluxma və ölüm sayında növbəti dəfə rekord qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” Hindistanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Son sutka ərzində ölkədə koronavirusa 379 257 yeni yoluxma halı qeydə alınıb, ölənlərin sayı 3,6 mindən artıq olub.

Xatırladaq ki, Hindistan dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}