Yerevanda daşınmaz əmlakın qiyməti ucuzlaşır

 Ermənistanın paytaxtı Yerevanda daşınmaz əmlakın, o cümlədən yaşayış binalarında mənzillərin qiyməti ucuzlaşır.

Şəffaflıq.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistanın Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinin 2020-ci ilin birinci rübünün statistikasında göstərilib.

Mütəxəssislər bildiriblər ki, 2020-ci ildə mənzilləri satmaq istəyənlərin sayı çox, alıcıların sayı az olub. Məlumata görə, 44 günlük döyüşlər zamanı və ondan sonra qiymətlər düşməyə başlayıb. Yerevanda 2020-ci ilin birinci rübündə mənzilin 1 kv.m. üçün 1 280 ABŞ dolları, dördüncü rübdə 1 180 ABŞ dolları, 2021-ci ilin birinci rübündə isə 1 170 ABŞ dolları olub.

Mütəxəssislər Yerevanda daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmasını miqrasiya ilə əlaqələndiriblər. Bildirilib ki, ölkədən getmək istəyənlər mənzilləri satmaq istəyir. Onların sayı çox olduğundan daşınmaz əmlakın qiymətində də ucuzlaşma baş verir.




Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}