Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda bu gün koronavirus infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Şəffaflıq.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 301 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 31 953 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 955, bu günə qədər isə ümumilikdə 3 114 479 test icra olunub.
Xəbəri paylaş
Facebook-da paylaş