Goranboyda vəzifəli şəxs koronavirusdan ölüb
Goranboyda icra nümayəndəsi koronavirusdan ölüb.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1961-ci il təvəllüdlü Mustafayev Kəmaləddin Mustafa oğlu bu gün günorta saatlarında vəfat edib.
O bir neçə gün əvvəl yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxubmuş.
Qeyd edək ki, K.Mustafayev 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.
Xəbəri paylaş
Facebook-da paylaş