Fransada nazirlərin gizli əyləncə gecələrində iştirakı araşdırılır

 

Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen Paris polisinə KİV-in ölkənin bəzi nazirlərinin koronavirus pandemiyasına görə bağlanmalı olan restoranlardakı gizli əyləncə gecələrində iştirakı haqqında informasiyasının etibarlılığını yoxlamağı tapşırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

"Mən Paris polisinə faktların etibarlılığını yoxlamağı xahiş etdim ki, əgər onlar təsdiqlənsələr, təşkilatçılar və bu gizli naharların iştirakçıları məsuliyyətinə cəlb edilsin", - Darmanen qeyd edib.

"M6" telekanalında yayımlanan reportaj Parisdə yerləşən gizli restoranından bəhs edir. Restoranda nə ofisiant, nə də müştəri qoruyucu maska taxır. Telekanal həmçinin bağlı əyləncə gecəsindən kadrlar göstərib. Kadrlarda maskasız onlarla insanın qapalı məclisə gəlmələri və sosial məsafəyə riayət etməmələri əks olunub. Reportaj gizli kamera ilə çəkiliş əsasında hazırlanıb.

Jurnalistlər əyləncə gecələrinin təşkilatçılarından bir nəfərlə əlaqə saxlayaraq, onu kolleksiyaçı kimi təqdim ediblər. Səsi dəyişdirilən şəxs restoranlarda şam yeməklərində hökumətin bir sıra üzvlərindən danışıb.

Fransada hakimiyyətin göstərişinə əsasən barlar, kafe və restoranlar ötən il oktyabrın sonlarından koronavirus epidemiyasına görə bağlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}