İsraildə koronavirusun yeni ştammı tapılıb
Bioloqlar yeni növ koronavirusun yeni ştammını müəyyən ediblər. O, 2020-ci ilin payızının sonlarında İsraildə üzə çıxıb və virusun digər növ müxtəlifliklərindən əsas qabıq zülalında unikal mutasiya ilə fərqlənir.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, alimlər virusun təsvirini “medRxiv”də dərc ediblər.
“P681H ştammı təxminən 2020-ci ilin noyabrında xəstələrdən alınan biomaye nümunələrində meydana gəlməyə başlayıb, ancaq onun mövcudluğunun izlərinə oktyabr ayında çirkab su nümunələrində rast gəlinir. Bu mutasiya yeni növ koronavirusun yayılmasını daha da sürətləndirir, ancaq virusun antikorlara qarşı dayanıqlığını artırmır. Ehtimal ki, o, infeksiya simptomlarını gücləndirmir”, - tədqiqatçılar yazırlar.
Facebook-da paylaş