Braziliyada bir gündə 3 650 nəfər koronavirusdan ölüb
Braziliyada son sutka ərzində daha 84 245 nəfərin koronavirus infeksiyasına yoluxması, 3650 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. Bu, ölkədə bu günədək qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 404 414 nəfər yoluxub. Bu müddət ərzində 307 112 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 10 824 095 xəstə müalicə olunaraq sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş