Braziliyada COVID-19 qurbanlarının sayı 300 mini keçib

 

Braziliyada son sutka ərzində daha 89 992 nəfərin koronavirus infeksiyasına yoluxması, 2009 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 220 011 nəfər yoluxub. Bu müddət ərzində 300 685 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 689 646 xəstə müalicə olunaraq sağalıb

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}